Növbəti “Novruz mühazirələri”
Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti "Novruz mühazirəsi" keçirilib.
Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı Fərrux Rüstəmovun "Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri" mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, universitetin professor-müəllim heyəti, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri iştirak ediblər.
Fərrux Rüstəmov mühazirəsində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb.
Fərrux Rüstəmov müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, peşə keyfiyyətləri barədə danışıb, pedaqoji ustalıq anlayışının mahiyyətinə aydınlıq gətirib. Müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən Fərrux Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi ilə bağlı fikirlərini bildirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
