Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
Aprelin 16-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz rayonuna səfəri çərçivəsində Quba-Xaçmaz regionu üzrə bir qrup təhsil işçisi ilə görüşlər keçirib.
Görüşlərdə gənc və təhsil nailiyyətləri yüksək olan müəllimlər, həmçinin tərbiyəçi müəllimlər, metodistlər, yüksək monitorinq nəticələri ilə seçilən ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.
Görüşlər zamanı ölkədə həyata keçirilən təhsil islahatları, müəllim peşəsinin nüfuzunun artırılması, qabaqcıl təcrübələrin paylaşılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir yanaşmaların tətbiqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Nazir çıxışında müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, onların fəaliyyətinin qiymətləndirilməsinin və motivasiyasının artırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib.
Təhsil işçiləri ilə dialoq şəraitində keçən görüşlərdə iştirakçıların təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Görüşlər çərçivəsində nazir tərəfindən pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi, təhsil mühitinin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyə və tapşırıqlar verilib.
16.04.2026 - 20:34
Digər xəbərlər
-
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək
29.09.2026 - 15:47 -
“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub
29.09.2026 - 15:11
