Məktəblilər arasında çempionat
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının ikinci mövsümünə start verilib.
Azərbaycan Şən və Hazırcavablar Klubu ilə Təhsil Nazirliyinin birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.
Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.
Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bakı şəhərindəki 1, 7, 160, 26, 18, 189-190, 227, 16, 86, 145 nömrəli məktəb və liseylərin, həmçinin Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin, 6 nömrəli məktəb-liseyin, 23 nömrəli tam orta məktəbin, “Ankara məktəbi” məktəb-liseyin, 132-134 nömrəli təhsil kompleksinin, Bakı Modern Məktəbin və Mahaçqala şəhərinin komandaları yarımfinal turuna vəsiqə qazanıblar.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
