SABAH tələbələri üçün məlumat sessiyası keçirilib
Azərbaycan-Alman Mədəniyyət Mərkəzi “Kapelhaus”da Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələri üçün məlumat sessiyası keçirilib.
Təqdimatda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan üzrə koordinatoru Stefani Düfo, xidmətin əməkdaşı Rəna Hüseynova, Alman dili tədrisi mərkəzinin rəhbəri Zəhra Əliyeva, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova iştirak ediblər.
Sessiyada tələbələrə Alman Akademik Mübadilə Xidməti və Alman dili tədrisi mərkəzi ilə əməkdaşlıq çərçivəsində II kursda təhsil alan SABAH tələbələri üçün alman dilinin tədrisi, həmçinin, DAAD təqaüd proqramları vasitəsilə Almaniyada təhsil almaq imkanları barədə informasiya verilib.
SABAH tələbələri onlar üçün təklif olunan üstün imkanlar, həmçinin Almaniyada yay məktəbi və magistratura proqramlarına qəbul qaydaları ilə bağlı geniş məlumat əldə ediblər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
