“Dostluğun sehri” I Beynəlxalq uşaq rəsm müsabiqəsinə yekun vurulub
Azərbaycan Rəssamlar İttifaqında “Dostluğun sehri” devizi altında I Beynəlxalq uşaq rəsm müsabiqəsinin sərgisi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
Müsabiqənin nəticələrinə əsasən 480 rəsm əsərindən 90-ı I, II, III, 26 rəsm işi isə həvəsləndirici yerlərə layiq görülüb.
Müsabiqəyə Azərbaycan, Türkiyə, Ukrayna, Belarus, Moldova, Latviya, Qazaxıstan, Bolqarıstan, Çexiya, Misir, Bosniya və Hersoqovinadan olan gənc rəssamlar qoşulub.
Sərgidə gənc rəssamların 200-ə qədər rəsm işi nümayiş olunub.
Qaliblər medal və diplomlarla təltif ediliblər.
Tədbirin bədii hissəsində Uşaq Yaradıcılıq Mərkəzinin bədii kollektivləri dünya xalqlarının rəqslərindən ibarət “Dostluq çələngi” adlı kompozisiya ilə çıxış ediblər.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
