Anım mərasimi keçirilib
Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdən öncə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Təhsil Nazirliyi rəhbərliyinin, ali təhsil müəssisələri rektorlarının və təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Milli Konservatoriyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında ümummilli lider Heydər Əliyevin ən çox sevdiyi bəstəkar və xalq mahnıları, klassik musiqilər səsləndirilib.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
