Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Növbəti TOPs layihəsinə start verilir

Dekabrın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “British Council” arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması mərasimi keçirilib.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, akademiyanın rektoru Fuad Hacıyev, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “İnkişaf Naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə ötən tədris ilini əhatə edən “TOPs proqramı - fiziki tərbiyə üzrə müasir  təhsil texnologiyalarinin yaradılması” layihəsinin qiymətləndirilməsi hesabatına dair video təqdimat nümayiş olunub.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı, təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir. Layihənin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirildiyini deyən nazir müavini qeyd edib ki, “TOPs proqramı” hər il əhatə dairəsini genişləndirir. 2016-2017-cı tədris ilində sözügedən layihədən 72 ümumtəhsil məktəbindən 320 nəfərdən artıq ibtidai sinif və fiziki tərbiyə müəllimi, 100 mindən çox şagird faydalanacaq.

Akademiyanın rektoru Fuad Hacıyev bildirib ki, hazırda bu proqramdan, əsasən məzunlar istifadə etsələr də, növbəti illərdə TOPs metodikasını həm də akademiyanın tədris proqramına daxil etmək niyyətindədirlər.

Təmsil etdiyi qurumun Təhsil Nazirliyi ilə yaranmış işgüzar əməkdaşlığından  danışan “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt layihələr içərisində 2014-cü ildən start verilmiş “TOPs proqramı”nın xüsusi əhəmiyyəti olduğunu bildirib.

Daha sonra ötən tədris ilində “Ən yaxşı açıq dərs” və “Ən yaxşı idman festivalı” nominasiyası üzrə qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Tədbirin sonunda dövlət rəsmiləri və qonaqlar akademiya ilə tanış olublar. Qonaqlar, həmçinin akademiyada fəaliyyət göstərən IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramının qeydiyyat düşərgəsini də ziyarət ediblər.


9 il əvvəl