“Mən azərbaycanlıyam” bilik yarışmasının qalibləri mükafatlandırılıb
Noyabrın 2-də “Mən azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 6-cı mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, millət vəkilləri və KİV nümayəndələri iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov altı il əvvəl start verilən “Mən azərbaycanlıyam” intellektual bilik yarışmasının auditoriyasının ildən-ilə genişləndiyini, gənclərin bu müsabiqədə iştirak etməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini layihənin gənclərin Azərbaycan tarixinin, milli mənəvi dəyərlərin və mədəni irsin dərindən öyrənmələrində böyük rol oynadığını bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Elsevər Dünyamalıyev çıxışlarında geniş tamaşaçı kütləsi olan layihənin əsas məqsədindən danışıb, yarışmanın gənclərin milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında aparılan məqsədyönlü işlərin davamı kimi qiymətləndiriblər.
Sonra yarışmanın iştirakçıları mükafatlandırılıb.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən layihəyə 2010-cu ilin fevral ayından start verilib. “Azərbaycanımızı tanıyaq və tanıdaq!” şüarı altında həyata keçirilən telelayihənin əsas məqsədi gənc nəslə Vətənə sevgi və sədaqət hissini aşılamaq, Azərbaycan tarixini, coğrafiyasını, ədəbiyyatını daha yaxından tanıtmaq və onların intellektual inkişafını təmin etməkdən ibarətdir.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
