Məktəbdənkənar təhsil müəssisələrində qiymətləndirilmə
Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq.
Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır.
Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək.
Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək.
Qiymətləndirmə cari ilin noyabr ayında keçiriləcək.
9 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb
17.04.2026 - 18:00 -
Elm və Təhsil Nazirliyi ilə peşə assosiasiyaları arasında strateji əməkdaşlıq müzakirə olunub
17.04.2026 - 17:16 -
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
17.04.2026 - 16:00 -
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub
17.04.2026 - 11:36 -
Emin Əmrullayev Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb
16.04.2026 - 20:34
