Gəncədə “Qraffiti Festival”
“Gəncə 2016-Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə olaraq “Qraffiti Festival” keçirilib. Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm qabiliyyətlərini nümayiş etdiriblər.
Festivalda “street art” həvəskarları beton lövhələr üzərində sprey rəngləyicilərlə rəsmlər çəkiblər. Tələbə və məktəblilər Gəncə şəhərinə aid rəmzləri rəsmlərlə nümayiş etdiriblər.
Festivalın keçirilməsinin əsas məqsədi məktəbli və gənclərin asudə vaxtlarının səmərəli təşkili, graffiti sənəti haqqında onları məlumatlandırmaqdır.
10 il əvvəl
Digər xəbərlər
-
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası çərçivəsində Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyi arasında görüş keçirilib
10.07.2026 - 18:00 -
Nazir müavini Həsən Həsənli Ruanda Respublikasının səfiri ilə görüşüb
10.07.2026 - 14:04 -
Firudin Qurbanov Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak edib
09.07.2026 - 10:22 -
“SABAH-ın Məzunu 2026” tədbiri keçirilib
08.07.2026 - 19:42 -
Nazir müavini BMU-İNHA ikili diplom proqramının III məzun buraxılışı tədbirində iştirak edib
08.07.2026 - 16:19
