“Novruz mühazirələri” davam edir
Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib.
Tədbirdə iqtisadiyyat üzrə təhlilçilər, təhsil ekspertləri, müəllim və tələbələr, media nümayəndələri iştirak ediblər.
Görüşdə UNEC-in rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinlənilib.
Mühazirədə Azərbaycan iqtisadiyyatının uğurları, neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və dünya iqtisadiyyatına inteqrasiya prosesi ilə bağlı geniş məlumat verilib. Rektor Azərbaycanda aparılan iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, özəlləşdirmə prosesinin davam etdirilməsi və neftdən asılılığın azalması ilə bağlı həyata keçirilən islahatlardan danışıb.
Dünya iqtisadiyyatının bugünkü vəziyyəti və neftin qiymətinin azalmasının qlobal iqtisadi artıma təsiri haqqında söhbət açan Ə.Muradov xarici ticarət əməliyyatları və investisiya qoyuluşu, iqtisadiyyatın idarə olunması modellərindən də danışıb.
Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsinə əsaslanan müzakirələr aparılıb.
Novruz mühazirələri “Elmdən Təhsilə” təşəbbüsənə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək Təhsil Nazirliyinin internet resurslarında yayımlanır.
8 il əvvəl
Digər xəbərlər
-
90 milyondan çox öyrənənə xidmət göstərən "National Geographic Learning"in baş direktoru "Yeni çağırışlar"da
16.08.2024 - 15:10 -
Magistratura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların elektron qeydiyyatı davam edir
16.08.2024 - 14:29 -
Vətəndaş müraciətlərinin statistikası
15.08.2024 - 15:45 -
“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi
15.08.2024 - 10:07 -
MİQ-in müsahibə mərhələsinə start verilib
14.08.2024 - 10:00