Məktəblilərimiz beynəlxalq kimya və biologiya olimpiadalarında uğur qazanıblar
Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında növbəti uğura imza atıblar. Belə ki, şagirdlərimiz Beynəlxalq Kimya Olimpiadasında (IChO) 1 gümüş və 2 bürünc, Beynəlxalq Biologiya Olimpiadasında isə 1 bürünc medal və 3 həvəsləndirici mükafat qazanıblar.
İyulun 10–19-da Özbəkistanın Daşkənd şəhərində keçirilən, 90-dan çox ölkədən 350-dən artıq məktəblinin iştirak etdiyi Beynəlxalq Kimya Olimpiadasında Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yaqub Baratlı gümüş medal qazanıb. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinin 11-ci sinif şagirdi Elman Kərimli və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Qurban Piriyev isə bürünc medala layiq görülüblər.
İyulun 12–19-da isə Litvanın Vilnyus şəhərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında Abşeron rayonu Masazır kənd 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Oğuz Əlili bürünc medala layiq görülüb. Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Yalçın Oruclu, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi İlham Əliyev və Astara rayonu Z.Əhmədzadə adına Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin 10-cu sinif şagirdi Rəsul Şahverdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
Şagirdlərimizi beynəlxalq olimpiadalarda qazandıqları uğurlar münasibətilə təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq.
20.07.2026 - 18:00
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
