Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Həsən Həsənli “IT SkillSprint” proqramının bağlanış mərasimində iştirak edib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən “IT SkillSprint” beynəlxalq intensiv təhsil proqramının bağlanış mərasimi baş tutub. Mərasimdə elm və təhsil nazirinin müavini Həsən Həsənli iştirak edib.

 

Tədbirdə çıxış edən nazir müavini bildirib ki, son illərdə həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlıqlar, ikili diplom proqramları və intensiv təlim formatları sayəsində gənclərin dünyanın qabaqcıl təhsil və texnologiyalarına ölkədən çıxmadan çıxış üçün geniş  imkanları yaradılır. Onun sözlərinə görə, “IT SkillSprint” proqramı təhsil ilə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin əmək bazarının tələblərinə uyğun praktik bacarıqlar qazanması baxımından uğurlu təşəbbüslərdəndir.

 

Həsən Həsənli qeyd edib ki, bu cür proqramlar tələbələrin peşəkar inkişafına və məşğulluq imkanlarının artırılmasına mühüm töhfə verir. Artıq proqram iştirakçılarından bəziləri təhsillərinə davam edərkən işlə təmin olunublar.

 

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Ironhack” tədris şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramın məqsədi tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, onların qlobal əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaq və universitet–sənaye əməkdaşlığını gücləndirməkdir.

 

Bağlanış mərasimində yüksək nəticə göstərən tələbələr və hakaton qalibləri mükafatlandırılıb, proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub. 

 

Tədbirin sonunda iştirakçıların əmək bazarındakı imkanlarla tanış olması məqsədilə karyera sərgisi təşkil edilib.


19.07.2026 - 13:00