Diaqnostik qiymətləndirmə ilə bağlı suallar cavablandırılıb
14-29 yanvar 2016-cı il tarixlərində Təhsil Nazirliyinin “Facebook” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallar cavablandırılıb.
İstifadəçilər tərəfindən daxil olmuş sualların böyük əksəriyyəti əməkhaqqı artımının hesablanması, digər şəhər və rayonlarda keçiriləcək diaqnostik qiymətləndirmənin vaxtı, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və yaxud iştirak edib aşağı nəticə göstərən müəllimlərin təkrarən imtahanda iştirak etməsi mövzuları ilə bağlı olub.
Bildirilib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin respublikanın digər şəhər və rayonlarında mərhələli şəkildə keçirilməsi planlaşdırılır. Müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Eyni zamanda diaqnostik qiymətləndirmədə iştirak edən və müvafiq keçid balını toplayan müəllimlərin adlı siyahısı yerli təhsili idarəetmə orqanlarına göndərilib. Əməkhaqqının hesablanma qaydası və artım məbləğləri ilə əlaqədar müəllimlər yerli təhsili idarəetmə orqanlarının mühasibatlıqlarına müraciət edə bilər.
10 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
