• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 4000 nəfərə yaxın şagird iştirak edəcək.

Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 28-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər.

Yarımfinal turuna ən çox vəsiqə coğrafiya, ən az vəsiqə isə informatika fənni üzrə qazanılıb.

Olimpiadanın növbəti mərhələsi mart ayının ikinci ongünlüyündə keçiriləcək. Bu mərhələyə qatılacaq olimpiada iştirakçıları arasında XI sinif şagırdləri üstünlük təşkil edir.

Qeyd edək ki, yanvarın 17-də riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Olimpiadada 27 500-dən çox şagird iştirak edib.


8 il əvvəl