SABAH qrupu tələbələrinin 2-ci Forumu
Dekabrın 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə 2-ci SABAH Forumu öz işinə başlayıb.
Foruma ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələr qatılıb. Forumun əsas məqsədi SABAH qruplarında təhsil alan tələbələrlə birgə müzakirələrin aparılması, onların intellektual və yaradıcılıq potensialının inkişafına dəstək, tələbələr arasında fəal dialoq mühitinin yaradılmasıdır.
Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlayıb və forumun işinə uğurlar arzulayıb. Nazir qeyd edib ki, ölkəmizin regional və qlobal rəqabətdə üstünlük qazanması ücün ali təhsildə keyfiyyətin artırılması vacibdir. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı bu sahədə islahatlar üçün mühüm zəmin yaradır.
Təhsil naziri ali təhsil sahəsində islahatların yeni mərhələsinin başlandığını qeyd edərək bildirib ki, müasir çağırışlara cavab verən, rəqabətəqabil kadr hazırlığı baxımından SABAH qruplarından gözləntilərimiz çox böyükdür. Nazir ali təhsil məkanında mövcud potensialı səfərbər etməyə imkan verən innovasiya mühitinin yaradılmasının önəminə diqqət çəkib.
Çıxışının sonunda Mikayıl Cabbarov SABAH qruplarında təhsil alan tələbələrin yaxın gələcəkdə ölkəmizin inkişafına layiqli töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə SABAH qruplarında təhsil alan 3-cü kurs tələbələri çıxış edib, 1-ci SABAH Forumu ilə bağlı videoxronika nümayiş olunub.
Forumun ikinci günündə müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda müzakirələr aparılacaq, “ustad dərsləri”, eləcə də tələbələr arasında intellektual oyunlar keçiriləcək.
Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunur.
10 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2025/2026 mövsümünün bağlanış mərasimi keçirilib
06.06.2026 - 13:00 -
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00
