Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Arzusunda olduğum ölkədə oxumaq istəmişəm” - "Uğur formulu”

Təhsil Nazirliyi və Lent.azİnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu” layihəsinin ilk qonağını təqdim edirik.

                "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin qonağı Böyük Britaniyanın Birmingem Universitetinin tələbəsi Günel Ağabəylidir

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Xaricdə təhsil mənə öz ixtisasımla bağlı yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri mənimsəyib tətbiq etmək imkanı yaradır. Həmişə arzusunda olduğum ölkədə oxumaq və yüksək səviyyəli təhsil sistemi insanı dərslərində fərqlənməyə, yeniliklərə imza atmağa həvəsləndirir.

 - İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?

 - İlk mərhələdə seçdiyimiz kitablar dərs cədvəlimizə salınmış modullar ilə əlaqəlidir. Məsələn, ilk mərhələdə kolloid kimya, mühəndisliyin əsasları, ölçmə texnikaları ilə əlaqəli bir çox ədəbiyyatlardan istifadə edirəm.

 - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- İxtisasımla bağlı təhsil aldığım universitetdə bir çox fənlər mütləq şəkildə tədris olunduğu halda, tələbələrə də 6 fənni seçmək imkanı yaradılıb. Zənnimcə, belə bir sistem tələbəyə çox faydalıdır. Bu, bizə seçdiyimiz sahə üzrə lazım olan fənləri daha dərindən öyrənmək imkanı yaradır. Belə bir sistemi məncə, ölkəmizdəki təhsil ocaqlarına da tətbiq etmək olar.

Mən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını bitirmişəm. Həmin təhsil ocağı ilə müqayisədə bu ali məktəbdəki tədris fərqi azdır. Amma bir çox digər ali təhsil ocaqlarımıza tətbiq ediləsi, tələbələrə lazım olan xeyli mütərəqqi qaydalar, yeniliklər var. Onların Azərbaycanın ali təhsil müəssisələrində tətbiqi çox faydalı olardı.

Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

- Milli yeməklərimizdən, tariximizdən bəhs edən ingilis dilində nəşr olunmuş kitabçalar təhsil aldığım ölkəyə gələrkən özümlə gətirdiyim əsas vəsaitlər oldu.

Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Həmyaşıdım olan gənclərə demək istərdim ki, gənclik illərinin verdiyi fürsətdən səmərəli istifadə etsinlər. Daim zirvələrə can atsınlar. Əllərində olan hər imkandan yararlansınlar, illərini faydalı keçirsinlər və ən əsası, məqsədli olsunlar. Çünki insan qarşısına məqsəd qoyaraq, hər gün bu məqsədə çatmaq üçün bir saat belə olsa çalışırsa, demək, nəticə arzuladığı kimi olacaq. Öz təcrübəmə əsaslanaraq, bunu əminliklə söyləyə bilərəm. Bir il əvvəl xaricdə təhsillə bağlı qarşıma qoyduğum arzum bu gün artıq reallığa çevrilib.

Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Əvvəl təhsil aldığım ali məktəbdəki kimi, bu təhsil ocağında da tələbələrlə müəllimlər arasında bir doğmalıq var. Müəllimlər nəinki tədris etdikləri fənləri tələbələrə dərindən aşılayır, eyni zamanda həyatı və onun çətinliklərinin öhdəsindən necə gəlmək lazım olduğunu da anladırlar. Tələbələrin yaxşı oxuması üçün əlverişli mühit və həvəsləndirmə yaradırlar.

Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Ölkəmizdə təhsil aldığım illərdən bir çox tədbirlərin iştirakçısı olduğum üçün istər əcnəbi tələbələr, istərsə də daha yaşlı nəsildən olan əcnəbilərlə qarşılıqlı münasibətlərin qurulmasına alışmışam. Odur ki, buradakı mühitə uyğunlaşmaq mənim üçün elə də çətin olmadı.

Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan son 10 ildə təhsil sistemində çox irəliləyişə nail olubdur. Bu uğurlarda xaricdə təhsilini başa vurub Vətənə geri dönən gənclərin də xüsusi rolu var. Xaricdə təhsil müddətində öyrəndiklərimizi Vətənimizdə tətbiq edə bilsək, gələcəkdə Azərbaycan da dünyanın reytinq siyahılarında öncül yer tutan, beynəlxalq səviyyəli təhsil ocaqları ilə tanınacaq. Bu güc isə tək bir nəfərdən asılı deyil. Ümumilikdə hər birimizdən, xüsusən də biz gənclərdən asılıdır.

Çətinlikləriniz varmı?

- Çətinliklərim yoxdur desəm, məncə, düzgün olmaz. Çünki tələbəlik həyatı həm çətinliklər, həm də onların həlli yollarından ibarətdir. Əsas olan hər bir çətinlikdən çıxaracağımız dərslərdir.

Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Xaricdə təhsil alan gənclər məncə yaxşı bilirlər ki, dərslərin, tədris proqramlarının ağırlığından asudə vaxtımız az olur. Amma belə zamanlar olanda, təhsil aldığım ölkənin incəsənəti, tarixi ilə maraqlanmağa, bizim tariximiz, mədəniyyətimiz haqqında olan məlumatları əcnəbi tanışlarımla, dostlarımla bölüşməyə və öz sahəm üzrə araşdırmalar aparmağa daha çox önəm verirəm.

 

Lent.az


10 il əvvəl