Fənn müsabiqələrinin I mərhələsi yekunlaşıb
VII-VIII sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya və biologiya üzrə fənn müsabiqələrinin I mərhələsi başa çatıb. Ölkə üzrə fənn müsabiqələrinin I mərhələsində 8769 şagird iştirak edib.
Fənn müsabiqələrinin II mərhələsinin dekabrın 5-də, III mərhələsinin isə gələn il yanvarın 9-da keçirilməsi planlaşdırılır. Növbəti ilin may ayında isə ümumrespublika fənn müsabiqələri təşkil olunacaq.
Üç mərhələdən ibarət müsabiqələr beynəlxalq fənn olimpiadalarına hazırlıq çərçivəsində reallaşdırılır. Eyni zamanda müsabiqələrin təşkilində məqsəd respublikanın rayon və şəhərlərində məktəblilərin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdlər arasında sağlam rəqabət şəraiti yaradaraq onların potensialını gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, ötən tədris ilində pilot layihə olaraq Bakı və Sumqayıt şəhərlərindən seçilmiş 35 məktəb arasında keçirilən fənn müsabiqələri şagirdlər və müəllimlər tərəfindən maraqla qarşılanıb. Fənn müsabiqələrinin nəticələrinə əsasən, fənlər üzrə qruplar yaradılıb və müsabiqələrdə fəal iştirak edən şagirdlərlə respublika daxili və beynəlxalq müsabiqə, eyni zamanda olimpiadalara hazırlıq dərsləri keçirilməyə başlanılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
06.06.2026 - 11:00 -
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00
