Orta məktəblərə növbəti mediatur təşkil olunub
Oktyabrın 28-də şagirdlərin elektron dərsliklərdən istifadə bacarıqları ilə tanış olmaq məqsədilə mediatur keçirilib.
Mediatur çərçivəsində Bakı şəhəri 220 nömrəli tam orta məktəbdə olan media təmsilçiləri III və VIII sinif şagirdlərinin elektron dərsliklərdən istifadəsi prosesini izləyiblər.
Mətbuat nümayəndələrinə məlumat verilib ki, Azərbaycan və rus bölmələri üzrə www.e-derslik.edu.az portalında yerləşdirilən elektron kitabların sayı 66-dan 95-ə çatdırılıb. Ən son olaraq IV, VI, VII və VIII sinif dərslikləri əlavə olunub. Yaxın aylarda VIII sinif üzrə bütün fənn dərsliklərinin hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub.
Hazırda I-IV və VI-VIII siniflər üçün Azərbaycan və rus bölmələri üzrə 95 ədəd dərslik tam olaraq elektron variantda portala yerləşdirilib. V və IX-XI sinif dərsliklərinin elektron versiyaları isə 2015-2016-cı tədris ilinin sonunadək hazırlanacaq.
Ötən bir ildə elektron dərsliklər portalından 400 minə yaxın istifadəçi yararlanıb. Portala gündəlik 1500-2000 nəfər istifadəçi daxil olur. Portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 33000 nəfərdən çoxdur. Bu göstəricilər hər gün artır.
www.e-derslik.edu.az portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır. Portala daxil olan istifadəçilərin onlayn və oflayn formada dərslikləri elektron versiyada oxumaq, dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq, axtarışlar etmək imkanı var.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
