Məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur
Oktyabrın 21-də Təhsil Nazirliyinin tabeliyindəki Fizika-riyaziyyat və informatika təmayüllü liseydə yaradılan məktəblilərin Olimpiadalara hazırlıq mərkəzinə mediatur keçirilib.
Mətbuat təmsilçilərinə məlumat verilib ki, bu liseylə yanaşı, nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin nəzdində də belə mərkəz fəaliyyət göstərir. Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışlarını təmin etmək məqsədilə yaradılan hər iki mərkəz şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. Şagirdlər, həmçinin dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunur.
Fənn olimpiadaları və bilik yarışlarının istedadlı şagirdlərin aşkar olunmasında əhəmiyyəti nəzərə alınaraq, bu sahədə mühüm addımlar atılıb. Ötən tədris ilində 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb ki, bu da əvvəlki illərlə müqayisədə 4,5 dəfə çoxdur. Bu il, həmçinin Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan 104 ölkə arasında 48-ci yeri tutub, məktəblilərimiz dünya fənn olimpiadalarında 1 gümüş, 8 bürünc medal qazanıblar.
Qeyd olunub ki, Olimpiadalara hazırlıq mərkəzlərinə seçim turunda hər fənn üzrə 20-25 nəfər VI-VIII, 15-20 nəfər IX-XI sinif şagirdi seçilib.
Olimpiadalara hazırlıq mərkəzlərində seçilmiş şagirdlərlə fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə xüsusi proqram əsasında hazırlıq məşğələlərinə başlanılıb. Tədris ili ərzində həmin şagirdlər üçün bir neçə sınaq imtahanı keçiriləcək və nəticələrə əsasən, ölkəmizi beynəlxalq olimpiadalarda təmsil edəcək şagirdlər müəyyənləşəcəkdir. Eyni zamanda şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.
Media nümayəndələri fizika və riyaziyyat üzrə hazırlıq məşğələlərində iştirak edib, liseyin yataqxanasında şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
