ADİU-da “Elektron Universitet” modelinin tətbiqinə başlanılıb
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) vahid elektron idarəetmə platforması olan “Elektron Universitet” modelinin təqdimat mərasimi keçirilib.
Tərbirdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov “Keyfiyyət ili” çərçivəsində ölkəmizdə ilk dəfə ADİU-da reallaşdırılan yeni modelin tətbiqi və üstünlükləri barədə məlumat verib. Rektor bildirib ki, noyabrın 1-dən etibarən universitetin əsas tədris binasında dərs prosesi tam elektronlaşdırılacaq. Yeniliklə bağlı müəllimlərə təlimlər keçirilib. Bundan sonra da əlavə informasiyaya ehtiyacı olanlara mütəxəssislər tərəfindən yardım ediləcək.
Ə.Muradov qeyd ki, “Elektron Universitet” vasitəsilə həmçinin, müəllimlərin reytinqini müəyyənləşdirmək mümkün olacaq. “Elektron Universitet” modeli gələn ildən etibarən ADİU-da tam olaraq tətbiq ediləcək.
Daha sonra yeni modelin imkanları ilə bağlı təqdimat keçirilib.
Bildirilib ki, sadə iş prinsipinə əsaslanan sistemin bazasına tələbələr, müəllimlər və məzunlar haqqında məlumatlar yerləşdirilib. Dərs cədvəlləri, fənn üzrə qruplar, fənlərin təqvim-tematik planları və tələbələrin fərdi tədris proqramları da sistemə daxil edilib. Sistem daxilində, eyni zamanda müəllim və tələbələrin şəxsi kabineti, imtahan sistemi bölmələri də yaradılıb. Auditoriyalarda sistemə çıxışı olan elektron tribunalar quraşdırılıb. Bununla da elektron jurnalları tətbiq etmək, tələbələrin dərsə davamiyyətini və seminar ballarını avtomatik hesablamaq mümkün olacaq. Gələcəkdə tələbələr mobil telefon vasitəsilə də sistemə daxil ola biləcəklər.
Yalnız ADİU-nun tədris prosesinə uyğun hazırlanan yeni proqram təminatı sayəsində müəllimlərin müvafiq bölmədə yerləşdirdikləri mühazirələrdən tələbələr rahat şəkildə istifadə edəcəklər. Həmçinin, yeni sistem müəllimin şəxsi kabinetində yerləşdirdiyi dərs materiallının ictimai müzakirəyə çıxarılmasına imkan yaradacaq.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
