Məktəblərdə “Ümumdünya kosmos həftəsi” qeyd olunub
“Ümumdünya kosmos həftəsi” çərçivəsində məktəblilər arasında maarifləndirmə aksiyaları keçirilib.
“Ümumdünya kosmos həftəsi” çərçivəsində astrofizika üzrə mütəxəssislər Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində təhsil alan 300-ə qədər şagirdə, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinə kosmosa, astronomiyaya aid maraqlı mühazirələr oxuyublar. Bundan əlavə, maarifləndirmə tədbirlərində ali məktəb tələbələri də iştirak ediblər. Mövzuya aid filmlər nümayiş etdirilib, interaktiv müzakirələr aparılıb. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda məktəblilərin iştirakı ilə astronomik gecə təşkil olunub və teleskoplar vasitəsilə ulduzlu səma müşahidə edilib. Ödənişsiz keçirilən tədbirin iştirakçılarına “National Geographic” jurnalları və digər hədiyyələr təqdim olunub.
“Ümumdünya kosmos həftəsi” çərçivəsində Park Bulvarda təşkil olunmuş astronomik guşə də paytaxt sakinləri tərəfindən maraqla qarşılanıb.
BMT tərəfindən hər il bütün dünyada qeyd olunan “Ümumdünya kosmos həftəsi” çərçivəsində keçirilən bu tədbirlər Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Elmin İnkişafı Mərkəzi, Tusi-Bohm Planetariumu və “EkoSfera” təşkilatının birgə əməkdaşlığı ilə reallaşdırılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
