“Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrların hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi
Oktyabrın 13-də 5 nömrəli Bakı Peşə Liseyində “Mehmanxana inzibatçısı” ixtisası üzrə kadrların hazırlanmasına dair yeni layihənin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, “British Council”un ölkə direktoru Elizabet Vayt, Abşeron Otellər Qrupunun idarəedici direktoru Mark Ehler iştirak ediblər.
Təhsil Nazirliyinin “British Council” və Abşeron Otellər Qrupu ilə əməkdaşlıqda birgə icra etdiyi layihənin əsas məqsədi 5 nömrəli Bakı Peşə Liseyində “Mehmanxana inzibatçısı” ixtisası üzrə yeni proqram həyata keçirməkdir. Həmin proqram müəllimlərin potensialının artırılmasına, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanmasına və şagirdlərin praktik bacarıqlarının inkişafına əsaslanan təcrübə proqramlarının həyata keçirilməsinə imkan yaradacaq.
Dövlət-biznes əməkdaşlığını özündə birləşdirən bu layihə çərçivəsində şagirdlər təhsil aldıqları müddətdə iş təcrübəsi keçəcəklər. Müəllimlər üçün nəzərdə tutulmuş təlimlər və kurikulumların hazırlanması prosesinə isə Böyük Britaniyadan dəvət olunan mütəxəssislər cəlb olunacaq.
Özəl sektoru təmsil edən tərəflərin iştirakı ilə reallaşdırılan pilot layihə Azərbaycanın ilk peşə-ixtisas təhsili müəssisələri tərəfindən model olaraq istifadə ediləcək.
Layihənin davamlılığını təmin etmək üçün 2016-2017-ci il tədris ilində 5 nömrəli Bakı Peşə Liseyində 1 illik “Mehmanxana inzibatçısı” ixtisası üzrə müasir təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
