Azərbaycanın gənc meşəçiləri Moskva və Suzdal şəhərlərində Gənclərin XII Beynəlxalq Meşə Müsabiqəsində iştirak ediblər.
Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Federal Meşə Təsərrüfatı Agentliyinin dəvəti və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı ilə müsabiqədə iştirak edən gənc meşəçilərin “Meşələri yanğından qoruyaq” adlı ekoloji layihəsi finala vəsiqə alıb.
Moskva şəhərində toplaşan finalçılar mübarizəni Suzdal şəhərində davam etdiriblər. Burada dünyanın 24 ölkəsindən 43 məktəbli və tələbə meşəçilik sahəsində biliklərini sınayıb.
Meşənin yanğın təhlükəsizliyinə dair təkliflərlə çıxış edən gənc meşəçilər dünya gənclərinə müraciət edərək bu sahədə birgə səy göstərməyin vacibliyini vurğulayıblar.
Azərbaycanlı məktəblilər müsabiqə zamanı keçirilən viktorina və yarışlarda, dostluq xiyabanının salınmasında fəal iştirak edərək tərifnamə və mükafatlara layiq görülüblər. Beynəlxalq müsabiqənin yekun tədbirində İsmayıllı rayonunun gənc meşəçiləri Anna Orlova və Timofey Prokofyev Rusiya Federasiyası Parlamentinin Təbii Ehtiyatlar və Ekologiya Komitəsinin Fəxri Fərmanı, MDB Parlamentinin xüsusi mükafatları, Rusiya Federasiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Federal Agentliyinin təsis etdiyi xatirə medalları və diplomlarla mükafatlandırılıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
