Oktyabrın 9-da Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimi keçirilib
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov və rayonun təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar öncə məktəbin binası ilə tanış olublar. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən tikilən 640 şagird yerlik Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin inşasına ötən ilin dekabr ayından başlanılıb. Cəmi 10 aya yüksək keyfiyyətlə tikilən məktəbdə 26 sinif otağı, 2 kimya, 2 biologiya və 2 fizika laboratoriyası, 2 əmək təlimi otağı, kompüter otağı, distant təhsil sistemi üçün 2 tədris otağı, akt zalı, idman zalı, kitabxana və futbol meydançası var. Məktəb binasına videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, son 12 ildə Azərbaycanda 3000-dən artıq ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub. Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması ölkə Prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu diqqətin sayəsində artıq ölkəmizin bütün rayon və şəhərlərində yeni-yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə verilən bu məktəbdə də yüksək keyfiyyətli təhsil almaq üçün bütün şərait nəzərdə tutulub.
Sonda rayonun təhsil ictimaiyyəti və bu təhsil ocağının pedaqoji kollektivi ilə söhbət aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
