Təhsil Nazirliyində təltifetmə mərasimi keçirilib
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, eyni zamanda Nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin, yaradıcılıq mərkəzlərinin rəhbərləri və əməkdaşlarının təltifetmə mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, mayın 27-dən başlayaraq 1 ay müddətində “Bakı-2015” I Avropa Oyunlarına dəstək məqsədilə paytaxtın Fəvvarələr meydanında qurulan “İfam” xalq səhnəsində Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində fəaliyyət göstərən bədii qiraət, nitq mədəniyyəti, mahnı, vokal və rəqs dərnəklərinin üzvləri çıxış ediblər. Ümumilikdə “İfam” səhnəsində çıxış edən 956 iştirakçıdan 400-ə yaxını Bədii Yaradıcılıq Evinin dərnək üzvləri olub. Şagird və tələbələrin bu işə cəlb olunması, koordinasiyası, ictimaiyyətin konserti izləməsi üçün şəraitin yaradılması və digər işlərin həyata keçirilməsində Bədii Yaradıcılıq Evinin kollektivi və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi mühüm rol oynayıb. Bunları nəzərə alaraq Bədii Yaradıcılıq Evinin direktoru və bir neçə əməkdaşı “Fəxri Fərman”a layiq görülüb.
I Avropa Oyunları zamanı Nazirliyin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin kollektivləri isə kütləvi idman yarışlarının keçirilməsində, eyni zamanda yarışlar zamanı təşkilati işlərin görülməsində göstərdikləri xidmətə görə “Fəxri Fərman”la təltif olunublar. Bundan əlavə aprel may ayları ərzində 14 idman növü üzrə respublika ərazisində yarışlar təşkil olunub.
Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov təltif olunanlara təbriklərini çatdırıb və mükafatları onlara təqdim edib.
10 il əvvəl
Digər xəbərlər
-
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
04.06.2026 - 17:36 -
Əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu başlayır
04.06.2026 - 14:08 -
Nazir müavini Firudin Qurbanov Belarus Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib
04.06.2026 - 11:00 -
“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı baş tutub
03.06.2026 - 15:00 -
Elm və Təhsil Nazirliyi və “Microsoft” ali təhsil müəssisələrində rəqəmsal alətlərə çıxışı genişləndirir
03.06.2026 - 12:29
