“Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:
1. “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).
2. “Məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1994-cü il 25 mart tarixli 187 nömrəli əmri ləğv edilsin.
3. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması (Elnur Əliyev) və Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə (Vəfa Yaqublu) şöbələri, Deinstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (Məlahət Hacıyeva):
3.1. üç ay müddətində ümumi təhsil müəssisələrinə “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”la bağlı təlimlər keçirsinlər;
3.2. ümumi təhsil müəssisələrində tədris-pedaqoji sənədlərin bu Təlimatın tələblərinə uyğun aparılmasına və saxlanılmasına mütəmadi olaraq nəzarət etsinlər;
3.3. bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsinlər.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə tapşırılsın ki, 2 (iki) ay müddətində ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin elektron qaydada Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi üzərindən aparılması ilə bağlı təkliflərini hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim etsin.
5. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin Nazirliyin aidiyyəti struktur qurum və bölmələrinə, yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilsin.
Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının təhsil naziri
13 iyul 2022-ci il
F-438