• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

                Vətəndaşların qəbulu prosesinin səmərəli təşkil edilməsi, onların hüquqlarının həyata keçirilməsinin təmin edilməsi, həmçinin bu işə nəzarətin artırılması məqsədi ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununu, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanını və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. “Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları” təsdiq edilsin (əlavə 1).

2. Təhsil Nazirliyinin və tabe qurumların rəhbər şəxslərinin vətəndaşların qəbulu cədvəli təsdiq edilsin (əlavə 2).

3. Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulunun qeydiyyatı Təhsil Nazirliyinin Qəbul Portalı (www.qebul.edu.az) vasitəsilə aparılsın.

4. Tabe qurumlarda Təhsil Nazirliyinin Qəbul Portalına cavabdeh şəxslər müəyyənləşdirilərək bu işə təhkim edilməsi rəsmiləşdirilsin və 15 gün müddətində Nazirliyin İnformasiya şöbəsinə onlar barədə məlumat təqdim edilsin. 

5. Nazirliyin bütün şöbə və idarələrinin, yerli təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşları bu Qaydaların tam və düzgün icrasını təmin etsinlər.

6. Təhsil Nazirliyinin və tabe qurumların vəzifəli şəxsləri  tərəfindən  bu  Əmrin 2  nömrəli  əlavəsində müəyyən olunmuş vətəndaşların qəbulu cədvəlinə ciddi riayət olunsun.

7. Təhsil Nazirliyinin tabe qurumlarına tapşırılsın ki:

7.1. qəbula yazılan vətəndaşın elektron formada uçotunu aparsınlar;

7.2. qəbul qrafikinin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılmasını təşkil etsinlər.

8. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Təhsil Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini və yerlərə çatdırılmasını təmin etsin.

9. Azərbaycan Respublikasının Təhsil Nazirinin 23.12.2013-cü il tarixli 928 nömrəli Əmri və “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” qüvvədən düşmüş hesab edilsin.

10. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova tapşırılsın.

 

Əsas: İnformasiya şöbəsinin müdiri E.Əliyevin 11.02.2016-cı il tarixli xidməti məlumatı.

                                                                                                                                                               

                                                                                                                        Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

19 fevral 2016-cı il

№105


Əlavə:

 

1. Təhsil Nazirliyində və tabe qurumlarda vətəndaşların qəbulu Qaydaları

2. Təhsil Nazirliyinin və tabe qurumların rəhbər şəxslərinin vətəndaşların qəbulu cədvəli