Yaponiya hökuməti 2012-ci il üçün texnologiya kollecində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, İKT üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s sahələrdə təqaüd proqramlarını təklif edir.
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan Respublikasının vətəndaşı olmalı; 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər; Orta təhsili bitirmiş şəxslər; Yapon dilini öyrənmək arzusunda olanlar; Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar. Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Yaponiyanın vətəndaşı olan şəxslər; Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər. Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2016-ci ilin mart ayınadək 4 illik müddəti əhatə edir. Təqaüd proqramına 1 illik yapon dili kursu da daxildir. Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək mümkündür. Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.
08/07/2015 16:52
Yaponiya hökuməti 2012-ci il üçün humanitar, sosial və təbiət elmləri sahələrində (hüquq, siyasət, pedaqojika, sosiologiya, ədəbiyyat, tarix, yapon dili, iqtisadiyyat, biznes idarəetməsi, riyaziyyat, fizika, kimya, mühəndislik, kənd təsərrüfatı, tibb, stomotologiya və s.) bakalavr səviyyəsi üçün təqaüd proqramlarını təklif edir.
Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan Respublikasının vətəndaşı olmalı; 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər; Yapon dilini öyrənmək arzusunda olanlar; Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar. Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Yaponiyanın vətəndaşı olan şəxslər; Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər. Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2017-ci ilin mart ayınadək 5 illik müddəti əhatə edir. Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html internet səhifəsindən əldə etmək mümkündür. Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.
08/07/2015 16:52
Təhsil sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi
Tapşırığın adı: Təhsil sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 3 iş ayı Tapşırıq və vəzifələr: Milli məsləhətçi, əməkhaqqı siyasəti üzrə beynəlxalq məsləhətçinin rəhbərliyi altında aşağıdakıları həyata keçirəcəkdir: Təhsil sektoru üzrə əməkhaqqı siyasətinə dair müvafiq qanun və qanunvericilik sənədlərini toplamaq və tərcüməsini təmin etmək və siyasi iqtisadi amillərə dair Azərbaycan Respublikası haqqında məlumat vermək; Təhsil sahəsində çalışanların əməkhaqqı fondu, təhsil sahəsinə ayrılan dövri xərclər, işçi heyətinin sayı və əməkhaqqı cədvəli haqqında məlumatların toplanılması; Müəllimlərin əmək haqqlarına dair nizamnamə və məlumat göstəricilərinin toplanılması (əməkhaqqı bazası, qanunvericiliklə nəzərdə tutulan əməkhaqqı artımı, pul və qeyri-pul yardımı, mükafat, səlahiyyət, ixtisaslaşma, təcrübə, bacarıq və digər amillərə əsasən əməkhaqqı), bütöv ölkə, region, institut üzrə ödəniş fərqli olduğu təqdirdə, ödəniş strukturu haqqında məlumat və məlumat göstəricilərinin toplanılması; Əməkhaqqı fondu siyasətinə dair ümumi məlumat, o cümlədən ödənişin uyğunluğu və əməkhaqqının təyin edilməsi qaydalarının yoxlanılması məqsədilə, yerli təhsil işçiləri ilə müsahibələrin təşkili və müsahibələrdə iştirak; Təhsil sahəsində çalışan işçi heyəti (o cümlədən, akademik və qeyri akademik işçilər daxil olmaqla) regionlar və institutlar üzrə məlumatların toplanılması; Yuxarıda göstərilməyən və beynəlxalq məsləhətçi tərəfindən tələb olunduğu təqdirdə informasiya və məlumat göstəricilərinin toplanılması. İxtisas tələbləri: İctimai idarəetmə, təhsil, iqtisadiyyat və ya digər münasib sahələrdə müvafiq ixtisaslaşması; Dövlət xərclərinin, xüsusən də, təhsilin maliyyələşdirilməsi və dövlət əməkhaqqı fondunun nəzərdən keçirilməsi və təhlilində təcrübəsi; Azərbaycanda Ali Təhsilin maliyyələşdirilməsi sahəsində biliyi; İngilis dilində əla danışıq və yazı bacarıqları. Tələb olunan sənədlər: Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 16 iyun 2011-ci il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60 Email: smasimova@ultel.net
08/07/2015 16:52
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə barədə elan
Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə aşağıdakı ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu elan edir: - informasiya texnologiyaları; - mühəndislik; - neft sənayesi; - tibb; - riyaziyyat; - fizika; - biologiya; - kimya; - ekologiya; - kənd təsərrüfatı; - turizm; - mühasibat uçotu. Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd); 7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 9. tərcümeyi-hal (CV) 10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 11. şəxsiyyət vəsiqəsinin surəti 12. ümumvətəndaş pasportunun surəti *Qeyd. 2010-2011-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər. II. Magistratura, ordinatura, aspirantura, elmlər namizədi, rezidentura və elmlər doktoru dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində təhsil alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə məktubları (xaricdə təhsilin alan və ya işləyənlər üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr və ya elmlər namizədi diplomlarının əlavələrlə birlikdə surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 10. elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı; 11. tərcümeyi-hal (CV) 12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil 13. şəxsiyyət vəsiqəsinin surəti 14. ümumvətəndaş pasportunun surəti Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sMüsabiqədə iştirak etmək istəyənlər ənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir. Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. Müraciət üçün son müddət 20 avqust 2011-ci il. Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179) 2011-2012-ci TƏDRİS İLİ ÜÇÜN ELEKTRON ƏRİZƏ
08/07/2015 16:52
Tenderin nəticələri barədə
08/07/2015 16:52
Qiymətləndirmə nəticələrinin təhlili üzrə mütəxəssisin seçilməsinə dair müsabiqə
TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT Nö 4394AZ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi: tapşırığın əsas məqsədi regionlarda olan (şəhər/rayon səviyyəsində) təhsil idarələrinə şagirdlərin qiymətləndirmə tədqiqatlarının nəticələrinin (milli seçmə əsaslı tədqiqatlar, dövlət imtahanları, PİSA, TİMSS, PİRLS və s. kimi tədqiqatlar) təhlil olunmasında dəstək olmaqdan və bu təhlillər nəticəsində əldə edilmiş məlumatlar əsasında şagirdlərin nəaliyyət səviyyələrinin təkmilləşdirilməsi məqsədilə strateji fəaliyyət planının hazırlanmasından ibarətdir. Namizədlər üçün ixtisas tələbləri: Təhsil sahəsində magistr dərəcəsi; Tətbiqi statistika və məlumatların təhlili sahəsində iş təcrübəsi; Ən azından 3 il təhsil sahəsində iş təcrübəsi (məktəbdə müəllim kimi); Azərbaycan və İngilis dillərini səlis bilmə qabiliyyəti; Komputer bacarıqları. İcra müddəti: 2013-cü il oktyabrın 15-nə qədər Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na (may 2004, oktyabr 2006 və may 2010) əsaslanan Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir. Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını Azərbaycan dilində 2011-ci il, iyulun 27-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net
08/07/2015 16:52
2011-2012-ci illər üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbuluna başlanılıb.
Bununla bağlı sənədlərin qəbulu sentyabrın 1-dək davam edəcək. İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər: Seçilən peşənin adı göstərilməklə direktorun adına ərizə Təhsil haqqında sənədin əsli İlk peşə-ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə Yaşayış yerindən arayış 3 x 4 sm. ölçüdə 4 ədəd fotoşəkil
08/07/2015 16:52
Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri
Tapşırığın adı: Layihənin Əlaqələndirmə Qrupunun satınalmalar üzrə meneceri İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL), Layihənin Əlaqələndirmə Qrupu (LƏQ) İcra müddəti: 2011-2013 Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir: TSİİL-də nəzərdə tutulmuş bütün növ satınalma prosesinin Dünya Bankı təlimatlarına, habelə Dünya Bankı təlimatları ilə ziddiyyət təşkil etmədiyi halda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilməsini təmin etmək; Bütün satınalmaları Dünya Bankının prosedurlarına, Layihənin Dəyərləndirmə Sənədində və Kredit Sazişində verilmiş təlimatlara, habelə Dünya Bankının Tapşırıq Rəhbərinin və ya Satınalmalar üzrə Mütəxəssisinin spesifik göstərişlərinə uyğun təşkil etmək; Satınalmalar üzrə təlimatlara, metodlara, icra müddətlərinə və bu kimi digər məsələlərə dair alt-komponent koordinatorları (AKK) və Təhsil Nazirliyinin müvafiq rəhbər işçilərini zəruri materiallarla təmin etmək; TSİİL-in Satınalma Planını hazırlamaq/yeniləşdirmək, Təhsil Nazirliyinə, Dünya Bankına göndərilməsi üçün LƏQ direktoruna təqdim etmək; Hər bir satınalma tədbiri üzrə müvafiq fəaliyyət cədvəlini hazırlamaq, satınalmaların həyata keçirilməsində AKK-lərlə sıx əməkdaşlıq qurmaq, satınalmalarla bağlı bütün zəruri tədbirləri həyata keçirmək. İxtisas tələbləri: Ali təhsili; Satınalmalar sahəsində azı 2-illik iş təcrübəsi; Dünya Bankının layihələrində və ya digər beynəlxalq layihələrdə azı 2 illik iş təcrübəsi; Azərbaycan və ingilis dillərini mükəmməl bilməsi; Kompüterdən mükəmməl istifadə bacarığı. Tələb olunan sənədlər: Tərcümeyi-hal (CV) Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 12 sentyabr 2011-ci il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59/60; faks: 496-93-68. Email: erustamov@ultel.net
08/07/2015 16:52
Avropa Şurası mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün kurslar təklif edir
Avropa Şurası 10-14 oktyabr 2011-ci il tarixlərində mühəndislər, geoloqlar, bioloqlar və digər ixtisaslar üzrə magistratura səviyyəsində təhsil alan tələbələr üçün Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş çərçivəsində Strasburq Universiteti ilə əməkdaşlıq şəraitində Strasburqda aşağıdakı sahələrdə 1 (bir) həftəlik kurslar təklif edir: Avropa və Aralıq dənizində əsas təhlükələr üzrə Saziş; İqlim dəyişikliyi: əsas bilgilər və risklərin idarə olunması; İqlim riskinin enerji tərəfləri və sağlamlığa təsiri: Sahara səhrasının nümunəsi; Qitələrdə su dövriyyəsi, rütubətli ərazilərin ekologiyası; Mərcan rifləri və iqlim tendensiyaları; Su ehtiyatları: içməli su, su təmizləmə şəbəkələri; Meydana çıxan virus xəstəlikləri və iqlim dəyişikliyi; Bakterioloji xəstəliklər; Fövqəladə hallarda tibb (yuxarı tənəffüs yolları ilə yayılan xəstəliklər); Beynəlxalq kontekstdə iqlim dəyişikliyinin sosial-iqtisadi aspektləri. Daha ətraflı məlumatları və ərizə formalarını www.coe.int/europarisks internet səhifəsindən əldə etmək olar. Sənədlər 15 sentyabr 2011-ci il tarixinədək Avropa Şurasının Katibliyinə təqdim oluna bilər.
08/07/2015 16:52
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr və ya daha yüksək dərəcəli dövlət işçiləri üçün aşağıdakı istiqamətlər üzrə magistr proqramları təklif edir:
1. İnkişaf Siyasəti üzrə Magistr Proqramı (Dövlət Siyasəti və İdarəçiliyi üzrə Koreya İnkişaf İnstitutu -13 ay) 2. Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramı (Ajou Universiteti nəzdində Beynəlxalq Araşdırmalar üzrə Ali Məktəb – 16 ay) Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: namizəd ən azı bakalavr dərəcəsinə malik dövlət rəsmisi və ya dövlət sektorunda çalışan olmalı və həmçinin müvafiq nazirlik tərəfindən tövsiyə olunmuş QHT nümayəndələri olmalı; ingilis dilini yüksək səviyyədə bilməli; tibbi cəhətdən sağlam olmalı; namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş təqaüd proqramlarında iştirak etməməlidir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Aqil Valiyev, tel: 496-34-14 ) İnkişaf Siyasəti üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 14 oktyabr 2011-ci il tarixinə qədər, Beynəlxalq Ticarət və Beynəlxalq Biznes üzrə Magistr Proqramında iştirak etmək arzusunda olan namizədlər isə 31 oktyabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər. QEYD: müraciət edən namizədlər, həmçinin çalışdığı qurumun müvafiq tövsiyə məktubunu da əlavə olaraq Təhsil Nazirliyinə təqdim etməlidirlər.
08/07/2015 16:52
Filter
Xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu
ƏtraflıMilli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
Ətraflı