Mətbəə işlərinin satın alınması
Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının çapı və sənədlərin seçilməsi, tikilməsi, cildlənməsi işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 06 mart 2017-ci il saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
27/02/2017 17:10
Açıq tender elanı
27/02/2017 15:03
Koreya Respublikası 2017/2018-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: Magistratura, doktorantura və tədqiqat Yaş həddi: 40 yaşadək Təqaüdün müddəti: Magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci və s. Son müraciət tarixi: Namizədlər sənədlərini 16.03.2017-ci il tarixinədək Koreyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidir. Rəsmi internet səhifəsi: www.studyinkorea.go.kr http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000461 Qeyd: İngilis (TOEFL və IELTS Academic) və Koreya (TOPİK) dilləri üzrə sertifikatı olanlara üstünlük veriləcək. Seçilmiş namizədlər 16.03.2017-ci il tarixindən müsahibəyə dəvət olunacaqlar. 2017 Korean Government Scholarship Program For Graduate Degrees Application Guidelines 2017 Korean Government Scholarship Program for Graduate Degrees: FAQ Application Form
21/02/2017 14:06
Çin Xalq Respublikasında ali təhsil üçün sənəd qəbulu elanı
13/02/2017 12:14
Macarıstan Respublikasının Szent İstvan Universitetinin 2017/2018-ci tədris ili üçün təqaüd proqramı
Macarıstan Respublikasının Szent İstvan Universiteti əcnəbi tələbələr üçün 2017/2018-ci tədris ili üzrə təqaüd proqramı elan edir. Sözügedən təqaüd proqramında iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 28 fevral 2017-ci il tarixinədək REU-Scholarship@fao.org ünvanına elektron qaydada göndərməlidirlər. Ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.fao.org/europe/news/detail-news/en/c/462407/
08/02/2017 17:55
İndoneziya Respublikasının 2017/2018-ci tədris ili üçün Təqaüd Proqramı
İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi İndoneziyanın incəsənət və mədəniyyətinin öyrənilməsi məqsədilə əcnəbi tələbələr üçün 2017/2018-ci tədris ili üzrə “Darmasiswa” təqaüd proqramını elan edir. Ərizə formalarının doldurulması üçün son müraciət tarixi 9 fevraldır. Proqramla bağlı ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür: http://darmasiswa.kemdikbud.go.id/
01/02/2017 17:29
İslam İnkişaf Bankının 2017/2018-ci tədris ili üçün Təqaüd Proqramı
İslam İnkişaf Bankı (İİB) 2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmağı və 03.02.2017-ci il tarixi saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərmələri xahiş olunur. Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 03.02.2017-ci il tarixi saat 15:00-16:00 arası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim olunması xahiş olunur. Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə). Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır. Ətraflı məlumat üçün: http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08
30/01/2017 16:15
Macarıstanda ali təhsil üçün sənəd qəbulu elanı
26/01/2017 11:36
2016/2017-ci tədris ilinin yaz semestri üçün SABAH qruplarına müəllim qəbulu
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2016/2017–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. Fənnlərin siyahısını buradan yükləyə bilərsiniz. Öhdəliklər • Kurs sillabusunun hazırlanması; • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması; • Tələbə biliyinin vaxtında qiymətləndirilməsi; Namizədə Tələblər • Əlaqədar sahədə Fəlsəfə Doktoru və ya Magistr dərəcəsi olan; • İKT və sahə bilikləri yüksək səviyyədə olan; • İnnovativ tədris metodikalarından istifadə edə bilən; • Müasir pedaqoji yanaşmalardan xəbərdar olan; • Dinamik, pozitiv və ünsiyyətcil; Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurub, fənn üzrə sillabus, diplom və sertifikatların kopiyasını hr@sabah.edu.az ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ən azı 3 il ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciətdə 3 fənnə qədər seçə bilərlər. Son müraciət tarixi: 26 yanvar 2017, saat 18:00
23/01/2017 15:19
Filter
Xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı