Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulu elan edilir
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin Təşkilat Komitəsi müsabiqəyə daxil olan layihələrin qiymətləndirilməsi məqsədilə Ekspert Bankına qeydiyyat üçün müraciətlərin qəbulunu elan edir. Ekspert Bankının yaradılmasında məqsəd qrant müsabiqəsinə daxil olan layihələrin şəffaf, peşəkar və obyektiv qiymətləndirilməsini təmin etməkdir. Prosesə cəlb olunacaq mütəxəssislərin əməyi xidmət müqaviləsi əsasında ödəniləcək. Namizədlərə verilən tələblər: 1. Ali təhsil; 2. Təhsil sahəsində azı 5 (beş) il təcrübə; 3. Layihələrin tərtibatı, idarə olunması və ya qiymətləndirilməsi sahəsində azı 20 (iyirmi) layihə ilə iş təcrübəsi (beynəlxalq sertifikat və təcrübəyə malik olanlara üstünlük veriləcək); 4. İKT-dən istifadə bacarığı; 5. Komandada işləmək və əməkdaşlıq bacarığı; 6. Qiymətləndirmə və rəy yazmaq bacarığı. Müraciət üçün son tarix: 29 mart 2024-cü il Tələblərə cavab verən şəxslər müraciətlərini buradan göndərə bilərlər. Təqdim edilən məlumatlar əsasında uyğun namizədlər müəyyənləşdiriləcək və onlarla əlaqə saxlanılacaq.
15/03/2024 17:32
"Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi
Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzeti müasir dövrün tələblərinə uyğunlaşdırmaq istəyirik. Bu məqsədlə qəzetin rebrendinqi üçün müsabiqə elan edirik! Müsabiqədə iştirak üçün “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərinizi bizə göndərin, qalib olmaq şansı qazanın! Müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərsiniz. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək. Müsabiqədə iştirak üçün loqo (rəngli və rəngsiz versiya), dizaynla bağlı təkliflər PNG, PDF və ya JPEG formatında, eləcə də “mockup”la birgə göndərilməlidir. Loqonun yazılı şəkildə izahı və təsviri arzuolunandır. Nəzərə alınmalıdır ki, loqo sosial media, veb-səhifə və müxtəlif videomateriallarda, həmçinin qəzetin çap versiyasında istifadə olunacaq. Müraciət üçün son tarix: 10.04.2024-cü il Elektron poçt ünvanı: digital@media.edu.az Müsabiqənin yekununda isə qalib gələn şəxs və ya komanda aşağıdakıları təqdim etməlidir: - Loqonun vektor faylı – “Adobe Illustrator”, “Encapsulated PostScript” və ya “Scalable Vector Graphics”; - Loqonun rəng kodları – CMYK, RGB, HSB; - Əsas səhifənin faylları – “Adobe XD”, “Sketch” və ya “Figma”. “Azərbaycan müəllimi” qəzetinin rebrendiqi üçün təkliflərinizi göndərin və 90 illik mədəniyyətin bir parçası olmağa çalışın!
15/03/2024 09:59
Qarabağ Universitetində vakansiya - ingilis dili müəllimi
13/03/2024 14:10
Qarabağ Universitetində vakansiya - mərkəz direktoru
13/03/2024 14:05
Qarabağ Universitetində vakansiya – proqram rəhbəri
28/02/2024 18:01
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlərin və seçicilərin qeydiyyatı barədə elan
30/12/2023 14:27
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili barədə sorğu
12/12/2023 10:13
İş adamları və özəl təhsil müəssisələrinin diqqətinə!
Naxçıvan Muxtar Respublikasında məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələri üzrə özəl sektorun fəaliyyətə başlaması və bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə dekabrın 11-də Naxçıvan şəhərində Təhsil Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları və müvafiq şəxslərin iştirakı ilə infotur keçiriləcək. İnfoturda iştirak üçün 8 dekabr tarixinədək info@nedu.gov.az elektron poçt ünvanına yazmaqla və ya +994 51 727 69 69 nömrəsinə zəng etməklə qeydiyyatdan keçmək mümkündür.
29/11/2023 10:40
UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi
24/05/2023 11:00
Qazaxıstanda təhsil imkanı – 2023/2024
12/05/2023 09:30
Filter
Xəbərlər
-
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50 -
Nazir uşaqlar üçün təhlükəsiz rəqəmsal sistemlərin qurulmasına dair yüksək səviyyəli tədbirdə iştirak edib
22.09.2026 - 14:28
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı