Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçiriləcək. Konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək. Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər. Konfransda iştirak üçün ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika Elmi Konfransının (NASCO XXVII) keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri
16/10/2024 10:00
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04/10/2024 17:06
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05/08/2024 12:00
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26/07/2024 10:00
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təşkili barədə sorğu
25/07/2024 14:33
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi
24/07/2024 12:21
Qarabağ Universitetində vakansiya - müəllim
13/07/2024 11:40
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi
11/07/2024 15:44
Qarabağ Universitetində vakansiya - kafedra müdiri
08/07/2024 14:41
Qarabağ Universitetində vakansiya – ingilis dili müəllimi
06/07/2024 14:30
Filter
Xəbərlər
-
Emin Əmrullayev Şimali İrlandiyanın Belfast Kraliça Universitetində olub
21.05.2026 - 17:44 -
“Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib
21.05.2026 - 15:00 -
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır
20.05.2026 - 17:05 -
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi keçirilir
20.05.2026 - 15:16 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçiminə başlanılır
20.05.2026 - 15:02
? "Memarlıqla yazılan təhsil tarixi" videorubrikasına start verilir Tarix, memarlıq və təhsilin kəsişdiyi məkanlar — təhsil müəssisələri. Elm və Təhsil Nazirliyi və Təhsil TV tərəfindən "Memarlıqla yazılan təhsil tarixi" adlı videorubrikaya start verilir. ✅Rubrika Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumu və ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması ilə əlaqədar hazırlanıb. ✅Rubrika çərçivəsində maraqlı memarlıq üslubu və zəngin tarixə malik müxtəlif təhsil müəssisələri təqdim olunacaq. Videolarda həmin təhsil məkanlarının memarlıq xüsusiyyətləri, tarixi irsi, eləcə də şəhər mühitinə və ictimai həyata təsiri barədə məlumat veriləcək. ✅Layihə təhsil müəssisələrinin yalnız tədris məkanı deyil, həm də şəhərlərin ictimai və mədəni yaddaşının formalaşmasında mühüm rol oynayan məkanlar olduğunu ön plana çıxarır. ? Rubrika çərçivəsində təqdim olunan ilk təhsil müəssisəsi Bakı şəhəri 132–134 nömrəli Təhsil Kompleksidir.✨ #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #TəhsilTV
ƏtraflıMayın 21-də Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdlərinin iştirakı ilə “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsi keçirilib. Tədbirdə Alena Əliyeva iştirak edib. Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif sahələr üzrə bilik və bacarıqları ilə seçilən istedadlı gəncləri aşkara çıxarmaq, şagirdlərdə əməkdaşlıq, səmərəli ünsiyyət, liderlik, müzakirə mədəniyyəti, qərarvermə, komanda ilə işləmək, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, həmçinin sağlam rəqabət mühiti yaratmaq və regionlararası ünsiyyəti genişləndirməkdir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23096-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ZəkalarınMübarizəsi
ƏtraflıElm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində “AnewZ” beynəlxalq televiziya kanalına müsahibə verib. Nazir müsahibə zamanı qlobal təhsil siyasəti müzakirələrinin Azərbaycan təhsil sisteminə təsiri, təhsildə süni intellektin tətbiqi, eləcə də qarşıdakı illər üzrə təhsil siyasətinin əsas prioritetləri barədə danışıb. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #DünyaTəhsilForumu
Ətraflı