Daxili müsahibə elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə ELAN EDİR: · Lənkəran Rayon Təhsil Şöbəsi, şöbə müdirinin müavini; · Sumqayıt Rayon Təhsil Şöbəsi, aparıcı məsləhətçi. Müsahibədə Azərbaycan Respublikası Təhsil Nazirliyində inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 23 aprel 2021-ci il tarixindən 7 may 2021-ci il saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər. Telefon: 012 5991155 (5407)
23/04/2021 09:04
Slovakiyada 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
20/04/2021 14:10
Bildiriş
Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların kotirovkalar sorğusu üsulu ilə satınalınması həyata keçirilir. Maraqlanan təşkilatlar (051) 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 21 aprel 2021-ci il saat 15:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
19/04/2021 15:04
Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş
Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əhatə dairəsinə aid (Masallı, Cəlilabad, Yardımlı) rayonlarının yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan və Mərkəz tərəfindən maliyyələşdirilən təhsil müəssisələrində deratizasiya,dezinseksiya və dezinfeksiya işlərinin satın alınması üzrə “Ecomedi” MMC ilə 14 aprel 2021-ci il tarixdə bir mənbədən satınalma metod tətbiq etməklə satınalma müqaviləsi bağlayıb.
15/04/2021 12:04
Tender elanı
14/04/2021 19:05
Tender elanı
14/04/2021 12:04
Estoniyada 2021-2022-ci tədris ili üçün təqaüdlü təhsil imkanları
13/04/2021 14:04
2021-2022-ci tədris ili üçün İndoneziyanın KNB təqaüd proqramı
09/04/2021 16:50
Bildiriş
Təhsil Nazirliyinin aparatı üçün qəzet və jurnalların abunə xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (051) 201-29-71 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak üçün sənədlər 8 aprel 2021-ci il saat 17:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
06/04/2021 16:15
Filter
Xəbərlər
-
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı