“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin elanı
04/10/2021 15:29
Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı barədə elan
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuraya üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası: 1. Namizədlərə dair tələblər: - İctimai Şurada üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, təhsil sahəsi üzrə təcrübəyə və biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşının namizədliyi irəli sürülə bilər; - hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şurada üzvlüyə yalnız bir namizəd irəli sürə bilər; - İctimai Şurada üzvlüyə Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz. Namizədlərin qeydiyyatı: Namizədin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə); 2. namizədin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. namizədin tərcümeyi-halı; 4. namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 5. namizədin təhsil sahəsi üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədin (əmək kitabçası və digər təsdiqedici sənədlərin) notariat qaydasında təsdiq edilmiş surəti. Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər. 2. Seçicilərə dair tələblər: - İctimai Şuraya seçkidə seçici qismində yalnız vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak edə bilərlər; - İctimai Şuraya seçkidə seçici qismində iştirak etməsi üçün hər bir vətəndaş cəmiyyəti institutu yalnız bir təmsilçisinin namizədliyini irəli sürə bilər; - Seçki komissiyasının üzvləri İctimai Şuraya seçkidə seçici qismində çıxış edə bilməzlər. Seçicilərin qeydiyyatı Seçicinin qeydiyyatı məsələsinə baxılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. seçicinin (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin) qeydiyyata alınması üçün müraciət; 2. seçicinin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; 3. vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; 4. vətəndaş cəmiyyəti institutunun nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. 3. Sənədlərin qəbulu və baxılması Namizədlərin və seçicilərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər elektron qaydada təqdim edilə bilər. Sənədlər shura@edu.gov.az poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər 1 oktyabr 2021-ci il tarixindən etibarən qəbul edilir. Sənədlərin qəbulu müddəti 28 oktyabr 2021-ci il tarixində başa çatacaq.
01/10/2021 09:55
Tender nəticələri barədə bildiriş
Təhsil Nazirliyi tərəfindən 23 iyul 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən, nəticələri: - “Müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb; - “Məktəb fəaliyyətinin təşkili və planlaşdırma üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi Odlar Yurdu Universiteti olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb; - “Uşaq psixologiyasının əsasları üzrə ixtisasartırma təlimi (distant)” xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Psixologiya Elmi Tədqiqat İnstitutu” MMC olub və 30 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
30/09/2021 18:00
Koreya Respublikasında 2022-2023-cü tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir
29/09/2021 11:25
Beynəlxalq təşkilatda 3 aylıq staj proqramı
22/09/2021 11:45
Satınalınma barədə elan
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə içməli suların və bir sıra təhsil müəssisələrində yaranan çirkab suların nəqliyyat vasitəsilə daşınması xidmətlərinin təkliflər sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 30 sentyabr 2021-ci il tarixində saat 15:00-dək təqdim olunmalıdır. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
15/09/2021 19:09
Bildiriş
Təhsil Nazirliyi tərəfindən 20 avqust 2021-ci il tarixində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-2022-ci tədris ilinə "Rəqəmsal bacarıqlar" layihəsi üçün iş dəftərlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin Tender Komissiyasının qərarına əsasən qalibi “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 15 sentyabr 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
15/09/2021 18:12
Satınalma barədə elan
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin təkliflər sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlər 30 sentyabr 2021-ci il tarixində saat 15:00-dək təqdim olunmalıdır. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
15/09/2021 16:11
Filter
Xəbərlər
-
Regionda ilk dəfə Azərbaycanda Spartan Aeronavtika və Texnologiya Məktəbinin filialı fəaliyyətə başlayır
24.09.2026 - 15:11 -
“UI GreenMetric Sustainable University Rankings 2026 Results and Awards Ceremony” öz işinə başlayıb
23.09.2026 - 17:51 -
Doktorantların və gənc tədqiqatçıların 29-cu Respublika elmi konfransı (NASCO29) keçiriləcək
23.09.2026 - 15:20 -
Elm və Təhsil Nazirliyi və “OpenAI” süni intellektin təhsildə tətbiqi üzrə əməkdaşlığı genişləndirir
23.09.2026 - 09:38 -
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
22.09.2026 - 19:50
"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat
ƏtraflıSentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli
Ətraflı? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA
Ətraflı