Naxçıvanda məktəb direktorları ilk dəfə olaraq müsahibə yolu ilə seçiliblər
Naxçıvanda ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.
Direktorların seçim prosesi müsahibə əsasında keçirilib. Müsahibə zamanı namizədlərin qanunvericilik üzrə nəzəri, peşə ilə bağlı texniki bilikləri və idarəetmə bacarıqları yoxlanılıb.
Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib. Namizədlər 5 ballıq sistemlə qiymətləndiriliblər və yekun orta balı 2,5 və daha yüksək olan şəxslər vəzifəyə uyğun hesab ediliblər.
Müsahibənin nəticəsinə uyğun olaraq, 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, cari tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.
1 il əvvəl
Elanlar
-
Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusu
23.11.2024 - 10:50 -
Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
16.10.2024 - 10:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
04.10.2024 - 17:06 -
“Maarifçi” tələbə-məzun təcrübə proqramına sən də qoşul!
05.08.2024 - 12:00 -
“2024/2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi
26.07.2024 - 10:00