• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Noyabrın 26-da təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban ilə görüşüb.

Misir Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnun olduğunu bildirib. Yaxın günlərdə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfəri barədə söhbət açan nazir ölkələrimiz arasında inkişaf edən əlaqələrdə təhsil sahəsinin mühüm yer tutduğunu nəzərə çatdırıb.
Misir Mərdanov İsveçrədə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayaraq bu təcrübə ilə tanışlığın əhəmiyyətli olacağına əminliyini ifadə edib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirib.
İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Sabine Ulmann Şaban səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirib. Ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə, həmçinin təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdıran qonaq bu baxımdan təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrə Konfederasiyasına gözlənilən səfərinin əhəmiyyətinə toxunub.
İsveçrədə əcnəbi tələbələr üçün yeni təqaüd proqramının həyata keçirildiyini bildirən xanım Sabine Ulmann Şaban azərbaycanlı tələbələrin də bu proqramdan istifadə imkanlarının olduğunu söyləyib. Ali məktəb tələbələrinin bu proqram haqqında məlumatlandırılması üçün universitetlərdə görüşlər keçirmək istədiyini qeyd edən səfir, həmçinin   İsveçrənin təhsilin bütün pillələri üzrə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.
Misir Mərdanov Azərbaycanda Beynəlxalq Bakalavriat Proqramı üzrə tədrisin aparılması işinə isveçrəli mütəxəssislərin rəhbərlik etdiyini nəzərə çatdırıb, bu layihənin uğurla həyata keçiriləcəyinə inandığını deyib. Ölkələrimizin təhsil müəssisələri arasında birbaşa əlaqələrin yaradılmasının zəruriliyini bildirən nazir elmi-tədqiqat sahəsində də birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü nəzərə çatdırıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


9 il əvvəl