• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Mayın 8-də T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” Rəsm Qalereyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, ümumi təhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş müsabiqə Təhsil Nazirliyinin 3 aprel 2012-ci il tarixli, 529 nömrəli əmrinə müvafiq olaraq təşkil edilib. Məktəb, rayon (şəhər) və respublika mərhələsindən ibarət olan rəsm müsabiqəsi 3 yaş qrupu (6-10, 11-14, 15-18 yaş qrupları) üzrə keçirilib. Müsabiqənin Respublika mərhələsinə 200-ə yaxın rəsm işi təqdim edilib. Azərbaycan Rəssamlıq Akademiyasının əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən aparılan seçim əsasında müsabiqə iştirakçıları arasından 27 nəfər qalib müəyyənləşdirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd uşaq və gəncləri ümummilli lider Heydər Əliyevin ideyaları ruhunda tərbiyə etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqəyə təqdim olunmuş rəsmləri yüksək qiymətləndirən Qulu Novruzov bütün bunları  şagirdlərin  ümummilli liderə  sonsuz məhəbbətinin təzahürü kimi səciyyələndirib.
Nazir müavini müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Keçirilən rəsm müsabiqəsinin əhəmiyyətinə toxunan Qulu Novruzov qaliblərə yeni-yeni uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Kamilə Əliyeva, Fuad Muradov belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Onlar ümummilli liderin ideyalarını rəsm işlərində əks etdirən kiçik rəssamların daha böyük uğurlara imza atacaqlarına ümidvar olduqlarını bildiriblər.
Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyələr təqdim olunub.


8 il əvvəl