• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov sentyabrın 23-də Gürcüstana səfər etmişdir.

M.Mərdanov əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, abidə önünə əklil qoymuşdur.
Sonra Misir Mərdanov Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkinlə görüşmüşdür. Nazirlər Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş Tbilisidəki M.F.Axundov adına 73 nömrəli azərbaycandilli məktəbə gəlmiş, təmir işləri ilə tanış olmuş, kollektivlə görüşmüşlər. Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının durumu ilə bağlı qonaqlara ətraflı məlumat vermiş, daimi qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müəllim və şagirdlər adından təşəkkür etmişdir.
Sonra nazirlər Fondun dəstəyi ilə əsaslı təmir olunmuş Qardabani şəhərindəki 3 nömrəli azərbaycandilli məktəbdə kollektivlə görüşmüşlər. Məktəbin direktoru Firdovsi  İskəndərov məktəb binasının əsaslı təmirinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Nazirlər həmin gün Fondun dəstəyi ilə Dmanisi rayonunun mərkəzində əsaslı təmir olunmuş 2 nömrəli məktəbə də baş çəkmişlər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov demişdir: "Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə qonşu Gürcüstanda əsaslı təmir olunmuş üç məktəbə baş çəkdik, müəllim və şagird kollektivləri ilə görüşdük. Onlar belə gözəl şəraitə və daimi qayğıya görə Azərbaycan Respublikası rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər. Gürcüstanlı soydaşlarımızın müasir tipli məktəblərdə təhsil almaları üçün Azərbaycan rəhbərliyinin, Heydər Əliyev Fondunun qayğı və diqqəti əvəzsizdir. Əminəm ki, yüksək keyfiyyətlə təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş məktəblərin kollektivləri bu qayğıya təhsildə yüksək uğurlarla cavab verəcəklər".
Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın azərbaycandilli məktəblərində həyata keçirilən "Təhsilə dəstək" layihəsini alqışlamış və belə xeyirxahlığa görə Fondun kollektivinə, onun prezidentinə təşəkkür etmişdir. Fondun icraçı direktoru Anar Ələkbərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, Mehriban xanım Əliyevanın xoş arzularını yetirmişdir. O vurğulamışdır: "Bu gün baş çəkdiyimiz hər üç məktəbin təmiri Fondun "Təhsilə dəstək" layihəsinin həyata keçirildiyi ən böyük tədbirlərdəndir. Soydaşlarımızın yığcam məskunlaşdıqları bölgələrdə reallaşan bu qəbildən olan layihələr Azərbaycana başucalığı gətirir. Biz gələcəkdə də digər tədbirlərlə yanaşı, bu cür layihələri davam etdirəcəyik".
Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze bölgədə belə bir xeyirxah layihənin gerçəkləşməsindən məmnunluq duyduğunu söyləmiş, Azərbaycanın birinci xanımına təşəkkürünü bildirmişdir.
Səfərdə azərbaycanlı qonaqları Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze müşayiət etmişlər.
AzərTAc
 


8 il əvvəl