• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilərin Bakı şəhər birinciliyi

Respublika Velotrekində “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhərinin məktəb komandaları arasında keçirilən veloidman üzrə yarışlara yekun vurulub.

Nəticədə I yerə 308 nömrəli, II yerə 29 nömrəli, III yerə isə  111 nömrəli məktəb komandaları layiq görülüb.

Qeyd edək ki, birincilik Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə keçirilir.

Oktyabr ayından başlanılan yarışların məktəbdaxili mərhələsinə badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qatılıb. Ümumilikdə üç idman növü üzrə təşkil olunan yarışlarda 13 mindən artıq məktəbli iştirak edib.

Yarışlar Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, həmçinin olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.


4 il əvvəl