“Bilik günü” 15 sentyabrda keçiriləcək
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu tədris ilində “Bilik günü”nün qeyd olunması və ilk dərs günləri haqqında” əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “Bilik günü” ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri cəlb olunmaqla 15 sentyabr 2018-ci il tarixində qeyd ediləcək.
Əmrdə “Bilik günü” tədbirinin saat 8.00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanması qeyd olunub. Həmçinin 15 sentyabr tarixi şənbə gününə təsadüf etdiyindən 5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərin şagirdləri, xüsusilə də birinci sinif şagirdlərinin müəllimlərlə görüşü, sinif otaqları və dərs cədvəli ilə tanış olmaları təmin ediləcək, onlara növbəlilik barədə məlumat veriləcəkdir.
5 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə ilk dərs gününün 17 sentyabr hesab olunması, 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərin sentyabrın 15-dən başlaması sənəddə əks edilib.
Yerli təhsili idarəetmə orqanlarına bu əmrdən irəli gələn məsələlərin həyata keçirilməsini təmin etmələri barədə tapşırıq verilib.
6 il əvvəl
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20