05.04.2018

Dərnək üzvləri Moskvada qalib olub

Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivi Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Açıq Avropa-Açıq Planet” (“Открытая Европа – Открытая Планета”) adlı 15-ci beynəlxalq uşaq və gənclərin yaradıcılıq festival-müsabiqəsində iştirak edib.  

14 ölkədən 1500 iştirakçının qatıldığı müsabiqədə ölkəmizi təmsil edən “Azəri inciləri” rəqs qrupu müsabiqənin xoreoqrafiya bölməsində “Milli rəqs” nominasiyası üzrə “Odlar yurdu Azərbaycan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında qurulmuş rəqslə çıxış ediblər. “Estrada rəqsləri” nominasiyası üzrə isə “Bal rəqsləri” dərnəyi üzvlərinin ifasında Tofiq Quliyevin “Vals” və “Cayf” rəqsi nümayiş olunub.  “Kosmos” konsert zalında keçirilən qala-konsertdə müsabiqənin ən istedadlı kollektivləri çıxış ediblər.

Münsiflər heyətinin qərarı ilə “Odlar yurdu Azərbaycan” və “Cayf” rəqsləri festivalın  laureatı olub. Rəqs qrupu kubok və diplom, dərnək üzvləri Qaflan Abbasov və Kşnyakina Anastasiya isə medal və diplomla təltif olunublar.


Açar sözlər: