• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə start verilib

 “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsinə start verib.

Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən olmaqla 3 mövzu təqdim edilib.

Müsabiqə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”,  “Azərbaycan ordusu:100 illik inkişaf yolu” və “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə keçiriləcək.

Müsabiqə üzrə inşa yazıları aprelin 1-dək təqdim edilməlidir. Müsabiqədə birinci yer üzrə 3 nəfər olmaqla hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər), ikinci yer üzrə 6 nəfər olmaqla hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər) və üçüncü yer üzrə 9 nəfər olmaqla hər biri 50 manat  (hər bir mövzu üzrə 4 nəfər) məbləğində pul mükafatı müəyyən edilib.

ÜPİ-nin təklif etdiyi birinci mövzu üzrə qalib elan edilən inşa yazısı isə Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə -  İsveçrənin Bern şəhərinə göndəriləcək.

Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may 2018-ci il tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat seçiləcək.

Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunacaq. 

Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunacaq. 

Müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə  rayon poçt filialları üzrə yerli poçt filiallarına, şəhər poçt filialları üzrə Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt” MMC (İndeks: AZ1000) ünvanına göndərməlidir.

 Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Ümumdünya Poçt Günü keçirilir.

Qeyd edək ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) bu təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə 47 ildir ki, müvafiq müsabiqəni təşkil edir.


6 il əvvəl