Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 74 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 38 sinif, 2 informatika, 3 laboratoriya, idman və akt zalları, hərbi otaq, yeməkxanadan ibarət məktəbin mövcud korpusu 1960-cı ildən fəaliyyət göstərir. Məktəbdə əsaslı təmir işləri Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.
Təhsil müəssisəsinin yerləşdiyi ərazinin sahəsi 11 min kvadratmetrə yaxındır. 912 şagird yerlik məktəbdə tədrisin müasir səviyyədə qurulması üçün hər cür şərait yaradılıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Bina müasir səviyyədə əsaslı təmir olunub. Burada videomüşahidə, səsgücləndirici, yanğın xəbərdarlığı və internet sistemləri quraşdırılıb. Tədris müəssisəsi zəruri mebel-inventar və digər avadanlıqla tam təchiz olunub.
Yeni tədris ilində şagirdlərin ixtiyarına veriləcək futbol meydançasında da lazımi idman qurğuları qoyulub. Məktəbin həyətyanı ərazisində geniş abadlıq işləri aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Məktəbdə yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
6 il əvvəl
Digər xəbərlər
-
Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş ağacəkmə mərasimi keçirilib
10.05.2024 - 15:24 -
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2024 - 14:10 -
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti
08.05.2024 - 15:50 -
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə!
08.05.2024 - 14:58 -
Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək
08.05.2024 - 11:17