Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
21-26 avqust 2017-ci il tarixlərində ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.
Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
6 il əvvəl
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının bağlanış mərasimi
04.05.2024 - 11:00 -
Elm və təhsil naziri NAFSA-nın icraçı direktoru ilə görüşüb
03.05.2024 - 17:30 -
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib
03.05.2024 - 10:45 -
“Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi yekunlaşıb
03.05.2024 - 10:00 -
41-ci Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 1 gümüş və 2 bürünc medal qazanıblar
02.05.2024 - 20:09