• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 18-də “Uşaq Qaynar Xətt” xidmətinin (telefonlar (012) 480-22-80; 050-680-22-80; e-mail ünvanı: yardim@qaynarxett.az; yardim@usaqxett.az) açılış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, “Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək xidmətin işinə uğurlar arzulayıb.
Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım və dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə, eləcə də təxirəsalınmaz köməyin göstərilməsidir. Bu xidmətdən dövlət uşaq müəssisələrində olan, küçədə  yaşayan, işləyən, istismara, zorakılığa məruz qalan, psixoloji problemlərlə üzləşən, fiziki və əqli cəhətdən qüsurlu, qaçqın və məcburi köçkün, habelə böhranlı ailələrdən olan, hüquqları pozulmuş, xüsusi qayğıya, müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilərlər.
Verilən məlumata görə ötən il QHT Alyansı və bu qurumun üzvü olan “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Azercell Telekom”-un maliyyə dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin yaradılması ilə bağlı təşəbbüs göstərilib. «Uşaqların Xilası» və «Dünyaya Baxış» beynəlxalq təşkilatları da xidmətin fəaliyyətə başlaması üçün köməklərini əsirgəməyiblər.
Bundan sonra xidmətdə çalışacaq əməkdaşlar üçün təlim kursları təşkil edilib, müvafiq beynəlxalq təcrübə öyrənilib və sayt (www.childhelpline.az) hazırlanıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətinə daim xüsusi önəm verən Təhsil Nazirliyi “Uşaq Qaynar Xətt” xidməti üçün yer ayırıb və lazımi texniki dəstək göstərib.
“Uşaq Qaynar Xətt” xidmətinin açılmasının əhəmiyyətini qeyd edən təhsil naziri Misir Mərdanov bu işdə xidməti olan, zəruri maddi və texniki dəstəyi göstərən bütün ictimai qurumlara, təşkilat və şirkətlərə minnətdarlığını bildirib. Belə bir xidmətin yaradılmasının xeyli müddətdir ki, gözlənildiyini vurğulayan nazir bu gün Azərbaycanın müasir dünya və Avropa ölkələrinə inteqrasiyası istiqamətində növbəti addımın atıldığını nəzərə çatdırıb.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verən nazir sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin, sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması məqsədilə günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin açıldığını, Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq konfransın keçirildiyini, bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradıldığını söyləyib. Misir Mərdanov hələlik ancaq Bakı şəhərini əhatə edən xidmətin gələcəkdə bölgələrdə, xüsusilə daha çox problemləri olan rayonlarda da təşkil olunacağına inamını ifadə edib və mərkəzin əməkdaşlarına uğurlar arzulayıb.
“Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar.
Onu da qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən uşaqların anonimliyi qorunacaq və yalnız uşağın özünün arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell”  nömrələrindən edilən zənglər ödənişsizdir.


8 il əvvəl