SABAH Karyera Qış Məktəbində təlimlərə başlanılıb
SABAH Karyera Akademiyası proqramı çərçivəsində Qubada SABAH Karyera Qış Məktəbi layihəsi təqdim olunub.
Layihənin həyata keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.
Təqdimat mərasimində çıxış edən SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bildirib ki, layihə SABAH Karyera Akademiyası proqramı çərçivəsində həyata keçirilir. İlk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılan akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir.
SABAH Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edir.
İlk təlim biznes məsləhətçi Fəxri Ağayev tərəfindən keçirilb.Təlimçi şəxsi brendin yaradılması və onu inkişaf etdirməyin yolları, vaxtın düzgün qiymətləndirilməsi və diqqət yetirilməsi vacib olan məqamlardan danışıb.
Daha sonra təlimlər qruplar şəklində davam etdirilib. SABAH Karyera Akademiyasının tərəfdaşı olan Azercell Telekom MMC-nin əməkdaşları tərəfindən keçirilən təlimlərdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və s. mövzular üzrə məlumatlar əldə ediblər.
İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək.
SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və Təhsil Nazirliyi ilə “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyi arasında görüş keçirilib
01.05.2024 - 18:00 -
Elm və təhsil işçilərinə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı təqdim edilib
01.05.2024 - 11:03 -
2024–2025-ci tədris ili üzrə I siniflərə qəbul başlayır
01.05.2024 - 10:00 -
Elm və təhsil nazirinin müavini Ankara şəhərinə səfər edib
01.05.2024 - 09:30 -
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
30.04.2024 - 16:53