“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi
24-25 yanvar tarixlərində “Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib.
Sərgidə 5, 10, 13 nömrəli Bakı Peşə məktəbləri və 12, 18 nömrəli Bakı Peşə liseylərində təhsil alan qızlar iştirak edib.
İki gün davam edən sərgidə aşpaz, ağac üzərində naxış rəssamı, xalçaçı, dərzi, qənnadçı-şirniyyatçı, geyim üzrə dizayner, bərbər-vizajist, interyer və eksteryerin bədii tərtibatçısı, qrimçi-pastijor, kostyum ustası və dərzi ixtisasları üzrə təhsil alan qızların əl işləri nümayiş olunub.
“Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb
25.04.2024 - 18:00 -
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25.04.2024 - 14:42 -
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55