Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı
“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırmış, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir.
Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir.
İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılmışdır.
Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır.
Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır.
Tələbələrdən universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
8 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Göygöldə olub
29.05.2025 - 17:00 -
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib
29.05.2025 - 14:20 -
Növbəti tədris ili üçün təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır
29.05.2025 - 13:00 -
İdris İsayev Özbəkistanın ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini ilə görüşüb
29.05.2025 - 12:30 -
Azərbaycan və Özbəkistan arasında Birinci Rektorlar Forumu baş tutub
29.05.2025 - 10:28