Nazir müavini Firudin Qurbanov Göygöldə olub
Mayın 29-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Göygöl rayonuna səfəri çərçivəsində bir sıra görüş, təhsil müəssisələrinə baxış və vətəndaş qəbulu keçirib.
İlk olaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini Göygöl rayon Üçtəpə kənd Ə.Məmmədov adına tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb. Məktəbdə mövcud şəraitlə tanış olan nazir müavini tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Daha sonra Firudin Qurbanov Göygöl şəhər 4 nömrəli körpələr evi – uşaq bağçasında olub. Burada müəssisənin fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olub.
Nazir müavini həmçinin regionda fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirərək tədrisin keyfiyyəti ilə bağlı müzakirələr aparıb, təhsil işçilərinin təklif və fikirlərini dinləyib.
Səfər çərçivəsində Firudin Qurbanov vətəndaş qəbulu da keçirib. Müraciətlər əsasən işlə təmin olunma və digər məsələləri əhatə edib. Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
29.05.2025 - 17:00
Digər xəbərlər
-
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20 -
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda Gənclər Forumu keçirilib
08.05.2026 - 14:00 -
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşları qəbul edəcək
07.05.2026 - 15:50
