“Direktorlar klubu”nun üzvləri üçün seminar
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Direktorlar klubu”nun üzvləri üçün seminar keçirilib.
Seminarda Türkiyənin təhsil eksperti Erdem Söylemez "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda çıxış edib və direktorları maraqlandıran sualları cavablandırıb.
Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Direktorlar klubu”nun üzvləri Təhsil Nazirliyinin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan şəxslərdir.
7 il əvvəl
Digər xəbərlər
-
Dünyaşöhrətli alim “Yeni çağırışlar”da
07.05.2024 - 16:54 -
RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib
07.05.2024 - 14:18 -
Azərbaycan dili, tarix və fizika fənləri üzrə Respublika Fənn Olimpiadalarının final turunun nəticələri
06.05.2024 - 16:00 -
Azərbaycan Tələbə Liqasının bağlanış mərasimi
04.05.2024 - 11:00 -
Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib
03.05.2024 - 17:45